Amerikanın “Orlando Siti” klubunda forma geyinən Kaka milliyə qayıda bilər.
Korner.az-ın məlumatına görə, təcrübəli futbolçu Rusiyada keçiriləcək DÇ-2018-də iştirak edə bilər. O, Dunqadan təklif gözlədiyini bildirib:
“Mənim bu klubla 3.5 illik müqaviləm var. Karyeramı bitirmək bardə düşünmürəm. Əgər Dunqa məni dəvət etsə məmnuniyyətlə gedərəm. Bu sözün əsl mənasında mənə motivasiya verir”.
Kaka 2002-ci ildə Braziliya yığmasının heyətində Dünya Kubokunun sahibi olub.
