Futbolçu karyerasını başa vuran Braziliya millisinin sabiq üzvü Kaka “Milan”da çalışa bilər.
Bu barədə “Football İtalia” xəbər yayıb.
Kakanın sabiq klubunda direktor olacağı bildirilir. Klubun baş direktoru Marko Fassone yerli mətbuata açıqlamasında braziliyalı futbolçu ilə bu barədə danışıqları olduğunu və onunla dekabrın 25-də yenidən görüşəcəklərini deyib.
