Tyaqo Silva və Zlatan İbrahimoviç kimi ulduz futbolçularını itirən "Milan" sabiq futbolçusu Kakanı icarə əsasında heyətinə qatmağı planlaşdırır.
Korner.az-ın məlumatına görə, Madrid "Real"ının heyətində istənilən oyunu verməyən yarımmüdafiəçi köhnə klubuna qayıtmağa yaxındır. İtalyanlar Rikardo Kaka üçün 10.5 milyon avro təklif ediblər. "Kral" klubu futbolçunu 20 milyondan aşağı verməyəcəyini bildirdiyində, Milan şəhərinin təmsilçisi braziliyalını icarəyə götürmək istəyib.
Məsələyə yaxın günlərdə aydınlıq gələcək.
