Kadinin yeni klubu məlum oldu
08.07.2024 , 17:52

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Kadi Borgesin yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, “Krasnodar”dan ayrılan futbolçu karyerasını Macarıstanda davam etdirəcək.
Braziliyalı yarımmüdafiəçi bundan sonra “Ferentsvaroş”da çıxış edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Kadi 2021-2023-cü illərdə “Qarabağ”da forma geyinib.
