Kadi daha 5 il “Qarabağ”da!
01.08.2022 , 18:52

“Qarabağ” Kadi Borgeslə müqavilə müddətini artırıb.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ilə braziliyalı futbolçu arasında anlaşma əldə edilib.
Yarımmüdafiəçi “Qarabağ”la 5 illik müqaviləyə qol çəkib.
26 yaşlı futbolçu 2021-ci ilin yayından Azərbaycan klubunda oynayır.
