Futbolçunun klubdan ayrılması ilə bağlı xəbərinə menecerindən açıqlama
11.05.2023 , 13:45
“Qalatasaray”da çıxış edən Kaan Ayhanın klubda xoşbəxt olmadığı ilə bağlı yayılan xəbərlərə onun meneceri Ersin Akan aydınlıq gətirib.
Korner.az xəbər verir ki, bununla bağlı futbolçunun meneceri Türkiyə mətbuatına açıqlamasında yayılan şayiələrin yalan olduğunu bildirib:
“Çox açıq şəkildə bildirim ki, Kaan Ayhan “Qalatasaray”da xoşbəxtdir. Onun hazırda hədəfi “Qalatasaray”la çempionluğu fikirləşməkdir. Futbolçunun klubdan ayrılması xəbəri isə qətiyyən doğru deyil. Kimsə bu xəbərlərə inanmasın”.