Kaan Ayhan “Qalatasaray”da
31.01.2023 , 16:53

“Qalatasaray” A seriyası təmsilçisi “Sassuolo”nun futbolçusu Kaan Ayhanı icarəyə götürüb.
Korner.az klubun saytına istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü bu mövsümün sonuna kimi icarə əsasında İstanbul təmsilçisində çıxış edəcək. “Qalatasaray”ın 2 milyon 800 min avro ödəyərək 28 yaşlı müdafiəçini birdəfəlik almaq hüququ var.
Qeyd edək ki, klub 400 min avro icarə haqqı ödəyib.
