“Kəpəz”in ilk sınağı
14.01.2023 , 12:04
Antalyada təlim-məşq toplanışında olan “Kəpəz” bu gün ilk yoxlama oyununa çıxacaq.
Korner.az xəbər verir ki, komanda Macarıstanın 2-ci liqa təmsilçisi “MTK Budapeşt”i ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Qeyd edək ki, “Kəpəz” yanvarın 16-da Serbiya “Novi Pazar”ı, yanvarın 18-də isə Qazaxıstan “Kaysar”ı ilə qarşılaşacaq.