“Kəpəz”dən yeni transfer
13.01.2023 , 19:20
“Kəpəz” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, fransalı hücumçu Salif Sisse Gəncə təmsilçisinə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə bağlanacaq. Onun sonuncu klubu Litvanın “Hegelman” komandası olub.