big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

Kəndin palçığında şahmatçı yetişərmi? – YAZI

06.08.2016 , 11:01

Bakıda keçiriləcək Şahmat Olimpiadasının startı yaxınlaşdıqca, xəyal və yaddaş insanı istər-istəməz geriyə boylanmağa vadar edir: nailiyyətlərimiz, uğurlarımız, çin olan və reallaşmayan arzularımız. Bütün bu rəngarəng palitranı saf-çürük etdikdə, şahmatımızın ötən illər ərzində istifadə edilməyən potensialı haqqında düşüncələr daha çox vaxt aparır. İstifadə edilməyən və boşa verilən imkanlar müxtəlif və çeşidlidir. Biz bu kiçik yazımızda ancaq birinə nəzər salmağa cəhd göstərəcəyik…

Ötən yazılarımızda hazırda məmur kimi fəaliyyət göstərən Aynur Sofiyevanın başçılıq etdiyi qızlardan ibarət Azərbaycan komandasının keçmiş SSRİ məkanında böyük zəfəri haqqında danışmışdıq. Və bir daha o hadisəyə nəzər salaraq bir kiçik faktı bəzilərinə xatırlatmaq, bəzilərinə isə çatdırmaq istərdik: azərbaycanlı şahmatçıların sözügedən qələbəsində böyük pay sahibi olan Aynur xanım Qax rayonundandır. Orda anadan olub, orda böyüyüb, şahmatda ilk addımlarını da elə bölgədə atıb, yerli mütəxəssislərin və məşqçilərin rəhbərliyi altında. “Nə olsun?” sualını cavablandıraq: bu faktı təəssüf hissi ilə qeyd edirik. Təəssüf ki, bu gün bölgələrimizdə bu idman növünün inkişafına kifayət qədər diqqət yetirilmir. Əks halda bölgə şahmatçılarının uğuru nümunəsi olaraq 30 il əvvəlki hadisəni xatırlamalı olmazdıq. Səbəb nədir? Bu yaranmış xoşagəlməz tendensiyanı necə aradan qaldırmaq olar?

Əlbəttə, bu gün Azərbaycan rayon və kəndlərindəki həyat tərzini, ağır iqtisadi durumu nəzərə almalıyıq. Sovetlər dönəmində siyasi ab-hava başqa olsa da, başımızın üzərində müstəqil dövlətin üçrəngli bayrağı dalğalanmasa da, hər halda yaşayış da daha rahat idi, kənd əhlinin qayğıları da nisbətən az idi. Bu gün orta statistik kəndliyə “icazə ver, övladın şahmatçı olsun” təklifini irəli sürsək, ən azından bizə psixiatr müayinəsindən keçməyi məsləhət görər: problemlər, problemlər… Ancaq bu subyektiv səbəbdir. İstək və peşəkarlıq olsa, bu çətinlikləri aradan qaldırmaq, maneələri dəf etmək mümkündür. Təəssüf ki, nə istək var, nə də təşəbbüs. İndi bir çox rayon mərkəzlərində “Şahmat evi”, “Şahmat sarayı”, “Şahmat məktəbi” adı altında müasir, hətta dəbdəbəli binalara rast gəlmək mümkündür. Düşünmək olardı ki, hər bir şərait yaradılıb gənc vunderkindlərə. Amma nə yazıq ki, bir çox hallarda adət etdiyimiz kimi, bu şahmat “ocaqları” da görüntüdən savayı bir şey deyil. Əksər vaxtı qapılarından qıfıl asılan bu “zəka məbədləri” Bakıdan yüksək qonaqlar gəldikdə “canlanır”, “Amon Hoteb”lər peyda olur: təm-təraq, gül-çiçək, başı 10 dəfə daranmış “şahmatçılar”, gülərüz müəllimlər. Sonra isə… Yenə də susqunluq, durğunluq. Kimsə deyər ki, “qınamağa nə var, qınamaq asandır. Siz heç bilirsiz şahmat məşqçisinə rayonda nə qədər məvacib təklif edirlər?” Və tamamilə haqlı da deyəcək. Amma məsələ burasındadır ki, biz qətiyyən şahmatdan üz döndərib Bakıya gələn, burda ailəsini dolandırmağa 3-5 quruş tapmaq naminə istənilən ağır fiziki və halal işə girişən sayı çox az olan mütəxəssisləri qınamırıq. Bizim sözümüz Azərbaycanda şahmatın kütləvi inkişafını təmin etməyə borclu olanlaradır. Daha doğrusu isə suallarımız. Cənablar, siz həqiqətən düşünürsüz ki, peşəkar şahmatçılar ancaq iri şəhərlərdə yetişir? Sizcə, kəndlərimizdə Allahdan şahmat sahəsinə fitri istedadı olan uşaqlar yoxdur? Əgər varsa, siz onları kəndin palçığından dartıb çıxarıb şahmat masası arxasına əyləşdirmək istiqamətində nə kimi fəaliyyət göstərmisiniz? Bəlkə 3-4 nəfər “qalstuklulardan” ibarət skaut qrupu yaradıb bir el-obanı gəzərdiniz? Həm çörəyindən yeyib suyundan içərdiniz, həm də o çamura bulaşmış cəvahirləri arayardınız? Hə, necədir?.. Əlbəttə, hər bir xırda təşəbbüs üçün maliyyə gərəkdir. Amma müvafiq təşkilatların “mətbəxinə” baş vurmadan tam məsuliyyətlə deyə bilərik: dövlət bu işlərə kifayət qədər pul ayırıb. Sadəcə o maliyyəni ağılla, təfəkkürlə, vicdanla lazım olan sahələrə yönəltmək lazımdır. Bəlkə o zaman Aynur xanım hansısa bir qaxlı, lerikli, göyçaylı, qazaxlı qızcığaza nəzər salıb dərindən köksünü ötürərək: “Nəhayət ki! Bu da mənim davamçım!” – söyləyə biləcək…

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top