“Kəpəz”in qış hazırlığı zamanı məşqlərin birində zədələnən Ceyhun Cavadovun durumu yaxşılaşıb.
Korner.az-ın məlumatına görə, ayaq vətərində ağrılar olan yarımmüdafiəçi bir müddət fərdi halda hazırlaşsa da, bu gündən komanda ilə birgə məşqlərə qoşulub.
Zədəsi səbəbindən Cavadov MOİK və AZAL-la yoxlama oyunlarında da iştirak etməyib.
