“Kəpəz”in yeni transferi Tural Cəlilov zədələnib.
Korner.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
Müdafiəçi komandanın fitnes məşqində xəsarət aldığı üçün Türkiyəyə təlim-məşq toplanışına aparılmayıb. Tibbi müayinə zamanı Cəlilova sol dizin medial kollateral bağının birinci dərəcəli gərilməsi diaqnozu qoyulub.
Hazırda futbolçu özünü yaxşı hiss edir və zədəsi ciddi deyil. Tural Cəlilov 10 gün müddətində həkim nəzarəti altında olacaq.
