“Kəpəz”in sabiq futbolçusu vəfat etdi
13.11.2023 , 12:21

“Kəpəz”in sabiq futbolçusu İsmayıl Hüseynov dünyasını dəyişib.
Korner.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Sarı-göylər” sabiq oyunçunun vəfatından kədərləndiyini bildirib və onun yaxınlarına başsağlığı verib.
İsmayıl Hüseynov millinin sabiq futbolçusu Yunis Hüseynovun qardaşıdır.
