“Kəpəz”in Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Admira” Avstriya kubokunun yeni mövsümündə cavab matçına çıxıb.
Korner.az-ın məlumatına görə, ilk matçda 1:0 hesabı ilə qalib gələn “Admira” bu dəfə rəqibinə 4 top vurub.
Səfər meydanındakı matç 1:4 hesabıyla bitib və “Admira” mərhələ adlayan tərəf olub.
Qeyd edək ki, iyulun 20-si “Kəpəz”lə qarşılaşacaq Avstriya təmsilçisi ilk matçda 1:0 qələbəyə nəticəyə sevinmişdi.
