“Kəpəz”in qış planı
27.12.2022 , 23:00

Qış fasiləsi üçün istirahətə buraxılan “Kəpəz” məşqləri gələn ilin ilk günlərində bərpa edəcək.
Korner.az xəbər verir ki, hazırlıq planına əsasən, yanvarın 2-də Gəncədə bir araya gələcək komanda üzvləri ayın 5-ə kimi burada məşq edəcəklər. “Sarı-göylər” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaqlar. Tərlan Əhmədovun yetirmələri 7-19 yanvar tarixlərində qonşu ölkədə hazırlıq keçəcəklər. Toplanış Antalyanın Bələk qəsəbəsində reallaşacaq.
Yoxlama oyunları və rəqiblər barədə məlumat hələlik yoxdur.
