“Kəpəz”in qapıçısı Xəyal Zeynalov komanda yoldaşlarından ayrı düşüb.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, son iki oyunda əsas kapitan Azər Məmmədovun start heyətində yoxluğunda komandanı meydana çıxaran vitse-kapitan zədələnib. Klubun həkimi Şıxəli Həsənovun verdiyi məlumata görə, Zeynalov budun yuxarı ön əzələsinin dartılmasından əziyyət çəkir.
“Qəbələ” ilə oyunda zədələnən qapıçı bir müddət məşqlərə ara versə də, Lənkəran təmsilçisi ilə oyuna çıxa bilmişdi. Cənublularla matçda isə Xəyal zədəsini təzələyib. İki gündür məşqlərə çıxa bilməyən təcrübəli futbolçunun “Qarabağ”la sabah Gəncədə keçiriləcək kubok oyununda meydanda olmayacağı dəqiqdir.
