“Vidadi Rzayev “Lokomotiv”lə oyundan sonra istefa verdiyini açıqlayıb. Onunla bu gün görüşəcəyik. Yəqin ki, onun istefasını qəbul edəcəyəm”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Kəpəz” klubunun prezidenti Mehman Allahverdiyev deyib.
Allahverdiyev bildirib ki, uğursuz nəticələrdən sonra Rzayevin dincəlməyə ehtiyacı var:
“Vidadi müəllimi də qınamıram. Məsələ burasındadır ki, “Kəpəz” gec yığıldı. Eyni zamanda, yaxşı toplanış keçə bilmədik. Və bunun nəticəsidir ki, nəticələr yaxşı deyil. Bu mənada, Vidadi müəllimə haqq qazandırıram. Yəqin ki, onun istefasına mane olmayacağam və dincəlməsinə şərait yaradacağam”.
xemsefans.com
