“Kəpəz”in yeni prezidenti müəyyənləşib.
Korner.az-ın xemsefans.com-a istinadən məlumatına görə, Gəncə klubuna uzun illər komandanın baş məşqçisi olmuş Mehman Allahverdiyev başçılıq edəcək.
Qeyd edək ki, Allahverdiyev dünən AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən Gəncəyə kurator təyin edilib. O, bu vəzifədə işinin öhdəsindən gələ bilməyən İskəndər Cavadovu əvəzləyib. “Kəpəz”in yeni prezidenti bu gün Vidadi Rzayevi komandaya baş məşqçi təyin edib.
