Bakıda təlim-məşq toplanışı keçən “Kəpəz”in yoxlama oyunlarının vaxtı dəyişib.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, iyulun 8-i həvəskarlar liqasında çıxış edən “Bakı”ya qarşı keçiriləcək matçda saat 17:00-da yox, 18:00-da başlayacaq.
“Neftçi” ilə cavab görüşünə isə iyulun 11-i saat 18:00-da start veriləcək.
Qeyd edək ki, bundan əvvəl “Neftçi” ilə matçın iyulun 12-i keçiriləcəyi açıqlanmışdı.
