Premyer Liqanın 4-cü turunda sentyabrın 12-də doğma şəhərdə AZAL-ı qəbul edəcək “Kəpəz” hazırlıqlarını davam etdirir.
Korner.az-ın məlumatına görə, komandada yeganə itki Kərim Diniyevin zədəli olmasıdı.
Futbolçunun bu oyunda iştirak edib-etməyəcəyi oyun günü məlum olacaq.
Digər zədəli – braziliyalı yarımmüdafiəçi Dario Silva isə tam sağalıb, baş məşqçinin şans verəcəyi təqdirdə legioner bu matçda meydanda olacaq.
