Ölkə futbolu

“Kəpəz”in iştirak ərizəsi – 17 futbolçu

21.08.2019 , 20:11

“Kəpəz”in 2019/2020-ci illər mövsümü üçün PFL-ə təqdim etdiyi iştirak ərizəsində 17 futbolçu yer alıb.

Korner.az klubun “Facebook” səhifəsinə istinadən xəbər verir ki, Gəncə təmsilçisinin heyətinə 2 qapıçı, 7 müdafiəçi, 6 yarımmüdafiəçi və 2 hücumçu daxil edilib:

Qapıçılar: Ruzi Abdullayev, Əli Kərimov,

Müdafiəçilər: Novruz Məmmədov, Qaraxan Əliyev, Nodar Məmmədov, Kənan Allahverdiyev, Şöhrət Quliyev, Elcan Rəhimov, Elvin Dəmirov;

Yarımmüdafiəçilər: Əli Səmədov, Fərid Bayramov, Sənan Həsənov, Ayxan Quluzadə, İsmayıl Məmmədov, Elgün Orucov;

Hücumçular: Elvin Nəsibov, Ülvi Əliyev;

Baş məşqçi: Yaşar Vahabzadə.

Yeni mövsümdə də “sarı-göylər”in kapitanı Əli Səmədov olacaq.

Son yazılar

Yuxarı