Hazırlığını Bakıda davam etdirən "Kəpəz" təlim-məşq toplanışı çərçivəsində bir neçə yoxlama oyunu keçirməyi planlaşdırır.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq komandanın ilk rəqibi məlumdur.
Bu, aşağı liqa təmsilçisi "Qaradağ Lökbatan"dır. I divizionun lideri ilə görüş yanvarın 19-na təyin olunub. Yoldaşlıq oyunu "Dalğa Arena"da keçiriləcək. Matç saat 14:00-da başlayacaq.