Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” bu gün ikinci yoxlama oyununu keçirəcək.
Korner.az-ın məlumatına görə, Ərzurumda hazırlıq keçən komandanın rəqibi yenə Türkiyə Futbol Federasiyası Bölgə Karmalar (Seçmə) yığması olacaq.
İlk matçdan fərqli bu dəfə rəqibin heyətində daha təcrübəli futbolçular yer alacaq. Karmalar yığmasında PTT 1-ci Liqa və Spor Toto 2-ci Liqa komandalarında oynayan futbolçular meydana çıxacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
