“Kəpəz”in hücumçusu “Şamaxı” ilə oyunu buraxacaq
17.02.2023 , 11:21

“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının XXIII turunda “Şamaxı”nı qəbul edəcək.
Korner.az xəbər verir ki, Gəncə təmsilçisinin hücumçusu Salif Sisse sözügedən görüşü buraxacaq. Forvard zədə səbəbindən oyunda iştirak etməyəcək.
“Kəpəz” – “Şamaxı” matçı saat 14:00-da başlayacaq.
