“Kəpəz”in hazırlıq planı
27.06.2024 , 22:46

“Kəpəz”in yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “sarı-göylər” iyunun 29-dan məşqlərin əsas hissəsi üçün bir araya gələcəklər.
Çalışmalar Gəncədə olacaq. Hazırlıq prosesi bir neçə mərhələyə bölünüb. Bura fiziki və texniki-taktiki məşqlər daxildir.
Yeni mövsümə hazırlıq dövründə “Kəpəz” yoxlama oyunları da keçirəcək. Rəqiblərlə bağlı əlavə məlumat veriləcəyi bildirilib.
