Uzun illər “Kəpəz”in formasını geyinmiş, komandanın əldə etdiyi uğurlarda payı olmuş, hazırda isə milli komandanın inzibatçısı vəzifəsində çalışan Cavid Əhmədova ağır itki üz verib.
Korner.az "Xəmsə" fan-klubunun saytına istinadən xəbər verir ki, veteran futbolçunun oğlu Ruslan Əhmədov gənc yaşında, ağır sürən xəstəlikdən sonra vəfat edib.
Ruslan Əhmədov uşaq yaşlarından futbolla məşğul olmağa başlayaraq, məşqçi Məhəmməd Məmmədovun yanında məşq etmiş, bir müddət “Kəpəz”in aşağı yaş qruplarından ibarət komandalarda oynamışdı.
Korner.az-ın kollektivi gənc futbolçunun vaxtsız vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına səbir diləyir. Allah rəhmət eləsin.
