Topaz
Premyer Liqasında “Zirə” ilə oyunun sonlarında zədələnən “Kəpəz”in müdafiəçisi Şəhriyar
Əliyevin durumuna aydınlıq gəlib.
Korner.az-ın
məlumatına görə, bu haqda kapazpfc.az saytı xəbər yayıb.
Müayinədən
keçən müdafiəçiyə sol çiyin qurşağının ikinci dərəcəli bağ gərilməsi diaqnozu
qoyulub. Klubun tibb personalından verilən məlumata görə, Əliyevin müalicəsi
davam etdirilir. Futbolçu zədəsi səbəbindən “Sumqayıt” ilə görüşdə iştirak edə
bilməyəcək. Onun həftəsonu “Qarabağ” ilə oyuna kimi hazır olacağı gözlənilir.
Komandanın
digər zədəli oyunçuları Tural Axundov ilə Azad Kərimov isə artıq sıraya dönüb.
Ötən tur “Zirə” ilə görüşü buraxan futbolçular bu gün komanda ilə birgə məşqlərə
qoşulublar.
