“Kəpəz”in futbolçusu Azad Kərimov zədələnib.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, gənc müdafiəçi dünən AZAL-la oyun öncəsi Gəncədə keçirilən məşqində sıradan çıxıb.
Futbolçunun baldır ayaq oynağı, eyni zamanda vətər və bağları dartılıb. Kərimova ilkin tibbi yardım göstərilib, onun vəziyyətinə təkrar müayinədən sonra aydınlıq gələcək.
