“Kəpəz”in pis vəzyyəti komandanın futbolçularını narahat edir.
Korner.az-ın məlumatına görə, komandanın aparıcı üzvlərindən olan Şahin Kərimov bu barədə açıqlama verib:
“İlk növbədə günah biz futbolçulardadı. Oyunları uduzmağın səbəbkarları bizik. Burda nə məşqçinin, nə də klub rəhbərliyinin günahı var. “Qara zolağ”a düşmüşük və bu durumdan çıxa bilmirik. Bir qələbə lazımdı ki, komandada əhval-ruhiyyə qalxsın. İnşallah, növbəti oyunlarda buna nail olacağıq.Vidadi müəllimlik bir şey yoxdu. Səhv bizdədi, məşqçi buna neyləsin? Həmin uşaqlar, eyni komandayıq. Burda məşqçiləri günahlandırmaq olmaz. Rzayevə böyük hörmətim var. İstefa verib ayrılanda gəlib hamı ilə sağaollaşıb getdi. Ona bildirdik ki, günah bizdədi, sizlik deyil. Amma razılaşmadı və klubdan ayrıldı. Azər Məmmədovun təyinatı düzgün qərar idi. Azər müəllim “Kəpəz”də işləməyə layiqdi. Yeni məşqçimizə qələbə bəxş etmək istəyirdik ki, debütü uğurlu alınsın. Lakin nəticə arzuladığımız kimi olmadı. Gərək baş məşqçimiz bizi bağışlasın”.
xemsefans.com
