“Kəpəz”in futbolçusu “İmişli”də
10.01.2024 , 09:49

“Kəpəz” futbolçusu Elnur Cəfərovu icarəyə verib.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi mövsümün sonuna qədər 1-ci liqa təmsilçisi “İmişli”də çıxış edəcək.
“İmişli” 12 turdan sonra 20 xalla 4-cü sıradadır.
Qeyd edək ki, 2023-cü ilin yayında “Kəpəz”ə keçən Elnur Cəfərov klubla 1+1 illik müqavilə bağlayıb.
