Qış fasiləsinə çıxan “Kəpəz”in dindar futbolçularından bəziləri İranda səfərdə olublar.
Korner.az-ın məlumatına görə, yeni ildən öncəyə təsadüf edən səfər 9 gün davam edib.
Komandanın üzvlərindən Xəyal Zeynalov, Şahin Kərimov, Atin Abdullayev və Vüqar İbrahimov avtobusla səfərə çıxaraq, dini ziyarətgahlara baş çəkiblər. Onlar Tehran, Qum və Məşhəd şəhərlərində olaraq, dini məkanları ziyarət ediblər.
Futbolçulardan Xəyal Zeynalov bildirdiyinə görə, özü və komanda yoldaşları adları çəkilən şəhərlərin məscidlərində namaz qılıb, duallar oxuyublar.
