Gəncə klubunda nələr baş verir?
Premyer Liqanın autsaderi "Kəpəz" göstərdiyi uğursuz nəticələr ilə gəncəli azarkeşləri üzməkdə davam edir.
Korner.az-ın məlumatına görə, 13 oyunda 9 xal toplayan Mahmud Qurbanovun rəhbərlik etdiyi komanda sonuncu pillədə qərarlaşıb.
Komandanın uğursuz nəticələrinin səbəbi futbolçuların maaşını vaxtı-vaxtında ala bilməməsidi. Verilən məlumata görə, "Kəpəz"in futbolçuları sonuncu dəfə avqust ayında maaş ala biliblər.
