Kəpəz”in Gəncə şəhər stadionunda təmir işləri yekunlaşana kimi ev oyunlarını harada keçirəcəyi dəqiqləşib.
Matçların Yevlax şəhər stadionunda keçirilməsinə qərar verilib. PFL rəsmi saytında Gəncə təmsilçisinin Topaz Premyer Liqanın ikinci turunda “Zirə”ni sözügedən stadionda qəbul edəcəyini açıqlayıb.
Bununla da, uzun fasilədən sonra Premyer Liqa matçı Yevlaxa qayıdacaq.
Xatırladaq ki, Yevlaxda Premyer Liqanın son oyunları 2009/2010 mövsümündə yerli “Karvan” komandasının iştirakı ilə keçirilib.
