“Kəpəz”in 50-ci ev oyunu
30.11.2023 , 13:29

“Kəpəz” Azərbaycan Kubokunda 50-ci ev oyununu keçirib.
Korner.az xəbər verir ki, bu, II təsnifat mərhələsinə təsadüf edib.
Gəncə təmsilçisi “Baku Sportinq”ə 2:0 hesabı ilə qalib gəlib. Qərblilər kubokdakı 50 ev oyununda 31 qələbə qazanıb, 6 heç-heçə edib və 13 dəfə uduzub.
