“Kəpəz” ilkə imza atıb
Bu, Premyer Liqanın X turuna təsadüf edib.
“Keşlə” ilə səfər matçında 2:0 hesabı ilə qalib gələn Gəncə təmsilçisi tarixində ilk dəfə bu rəqibin meydanında 3 xal qazanıb. 1999/2000 mövsümündən güclülər dəstəsində çıxış edən paytaxt klubu əvvəlki 14 ev oyununda gəncəlilərə uduzmamışdı.
2004-cü ilədək “Xəzər Universiteti” sonrakı 13 ildə “İnter” adlanan Bakı klubu ilə əvvəlki 14 səfər görüşündə “Kəpəz” cəmi 2 xal qazanmışdı. 12 dəfə uduzan qərblilər 15-ci cəhddən sindromu qıra bilib.
