“Kəpəz”dan yeni transfer
11.07.2023 , 23:07

“Kəpəz” daha bir futbolçunun transferini həll edib.
Korner.az xəbər verir ki, Gəncə futbol məktəbinin yetirməsi olan Əli Səmədovla bir illik müqavilə imzalanıb.
Səmədov son mövsümü “Şamaxı”nın heyətində keçirib. O, I divizion təmsilçisinə məhz “Kəpəz”dən keçmişdi.
