“Kəpəz” daha bir futbolçu ilə müqavilə bağlayıb. Gəncə təmsilçisi heyətini əcnəbi oyunçu ilə gücləndirib.
Belə ki, seneqallı Ba Aladji Mansur Premyer Liqa klubu ilə rəsmi müqavilə imzalayıb. Anlaşmaya əsasən, yarımmüdafiəçi cari mövsümün sonuna qədər gəncəlilərə məxsus olacaq.
27 yaşlı Mansur son olaraq Mərakeşin “Kenitra” klubunun formasını geyinib.
