“Kəpəz”dən yeni transfer
30.07.2024 , 23:58

“Kəpəz” daha bir futbolçunun transferini reallaşdırıb.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Viktor Braqa heyətə cəlb olunub.
Braziliyalı ilə 1+1 illik müqavilə bağlanıb. Viktor cinah yarımmüdafiəçisi mövqeyində oynayır. 23 yaşlı oyunçunun son klubu vətənində D Seriyasından “Aqiya di Maraba” olub.
