“Kəpəz”dən yeni transfer
22.07.2024 , 08:00

“Kəpəz” daha bir futbolçunu heyətinə cəlb edib.
Korner.az xəbər verir ki, albaniyalı Redon Mihana Gəncə təmsilçisinə keçib.
25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb. Mihana yarımmüdafiənin hər iki cinahında oynaya bilir. Karyerasında ilk dəfə legioner həyatı yaşayan futbolçu son olaraq ölkəsinin “Erzeni” klubunda çıxış edib. Mihana Abaniyanın U-21 millisinin də şərəfini qoruyub.
