“Kəpəz”dən yeni transfer
23.08.2023 , 14:55

“Kəpəz” heyətinə yeni futbolçu qatıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gəncə təmsilçisi Vüsal Məsimovu transfer edib. 23 yaşlı cinah müdafiəçisi ilə bir illik müqavilə imzalanıb.
Son olaraq “Turan Tovuz” klubunda çıxış etmiş Məsimov 2021/2022-ci illər mövsümündə “Kəpəz”in heyətində oynayıb.
