“Kəpəz”dən yeni transfer
17.07.2023 , 15:30

“Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Olavale Onanuqa ilə bir illik müqavilə imzalanıb.
Nigeriyalı futbolçu dayaq yarımmüdafiəçisi mövqeyində oynayır. 25 yaşlı Onanuqanın son klubu Albaniyada “Kastrioti” olub.
