“Kəpəz”dən yeni transfer
12.07.2023 , 12:35

“Kəpəz” Ehtiram Şahverdiyevi transfer etdiyini açıqlayıb.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən həftə “Turan Tovuz”dan ayrılan yarımmüdafiəç ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki. “Kəpəz” bu yay Vurğun Hüseynov, Zamiq Əliyev, Rüfət Əhmədov, Elmir Tağıyev və Əli Səmədovu da transfer edib.
