“Kəpəz”dən yeni transfer
06.07.2023 , 10:53

“Kəpəz” heyətinə daha bir futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, Gəncə təmsilçisi “Qəbələ”də forma geyinən 21 yaşlı sol cinah müdafiəçisi Rüfət Əhmədovu icarəyə götürüb. Onunla bir illik müqavilə imzalanıb.
Rüfət Əhmədov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına da dəvət alır.
