“Kəpəz”dən səfər qələbəsi
21.10.2020 , 16:41

I Divizionda III tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.
“Turan Tovuz” səfərdə “Qarabağ-2”, “Kəpəz” isə “Sumqayıt-2” üzərində qələbə qazanıb. “Qaradağ Lökbatan” da “Keşlə-2” ilə ev oyunundan məğlub ayrılıb.
Turun qalan iki oyunu sabah keçiriləcək.
I Divizion
III tur
21 oktyabr
“Qarabağ-2” – “Turan Tovuz” 0:2
Qol: Elçin Qasımov, 64. Vidadi Cəfərov, 70.
Hakimlər: Namiq Bəkirov, Zöhrab Abbasov, Səbuhi Soltanov, Rauf Allahverdiyev.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 13:00.
“Sumqayıt-2”– “Kəpəz” 0:1
Qol: Nodar Məmmədov, 50-pen.
Hakimlər: Vüqar Həsənli, Elman Kərimov, Kərim Zeynalov, Kamranbəy Rəhimov.
“Kapital Bank Arena” (ehtiyat meydança), 13:00.
“Qaradağ Lökbatan” – “Keşlə-2” 0:1
Qol: Samir Abdullayev, 8.
Hakimlər: Rauf Cabarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Rövşən Rəcəbov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
