Topaz Premyer Liqasının 2015/2016 mövsümündə tamaşaçı sayında rekordlar vuran “Kəpəz”in çempionat ərzində 18 ev oyununu stadiondan 240 650 nəfər izləyib.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ilk dövrədə azarkeş sayı 81 700, ikinci dövrədə 38 300, üçüncü dövrədə 79 650, son dövrədə isə 41 000 nəfər olub.
Komandanın ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda ən çox tamaşaçı fevralın 14-ü XXI turda reallaşan “Kəpəz” – “Qarabağ” görüşündə qeydə alınıb – 20 400 nəfər. Ən az azarkeş isə sonuncu dövrədə keçirilən “Kəpəz” – “Rəvan” oyununda olub – 8 100 nəfər.
I dövrə
“Kəpəz” – “Zirə” – 1:1 12 500 tamaşaçı
“Kəpəz” – AZAL – 1:0 13 200 tamaşaçı
“Kəpəz” – “Qarabağ” – 2:3 20 000 tamaşaçı
“Kəpəz” – “Sumqayıt” – 3:1 18 000 tamaşaçı
“Kəpəz” – “Xəzər Lənkəran” – 1:0 18 000 tamaşaçı
81 700 tamaşaçı
II dövrə
“Kəpəz” – “İnter” – 0:0 12 300 tamaşaçı
“Kəpəz” – “Rəvan” – 0:0 11 000 tamaşaçı
“Kəpəz” – “Neftçi” – 1:1 15 000 tamaşaçı
38 300 tamaşaçı
III dövrə
“Kəpəz” – “Qəbələ” – 3:0 9 000 tamaşaçı
“Kəpəz” – AZAL – 2:0 12 000 tamaşaçı
“Kəpəz” – “Qarabağ” – 1:2 20 400 tamaşaçı
“Kəpəz” – “Sumqayıt” – 0:0 13 500 tamaşaçı
“Kəpəz” – “Xəzər Lənkəran” – 2:0 12 750 tamaşaçı
“Kəpəz” – “Zirə” – 2:0 12 000 tamaşaçı
79 650 tamaşaçı
IV dövrə
“Kəpəz” – “İnter” – 1:1 11 300 tamaşaçı
“Kəpəz” – “Rəvan” – 3:2 8 100 tamaşaçı
“Kəpəz” – “Neftçi” – 1:2 12 000 tamaşaçı
“Kəpəz” – “Qəbələ” – 0:1 9 600 tamaşaçı
41 000 tamaşaçı
Cəmi : 240 650 nəfər
