“Kəpəz”dən daha bir transfer
12.07.2024 , 18:15

“Kəpəz” növbəti transferini həyata keçirib.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Məmməd Hüseynov ilə müqavilə bağlayıb. Qolkiper “1+1” illik anlaşmaya qol çəkib.
25 yaşlı qapıçının son klubu “Zirə” olub.
Qeyd edək ki, “Kəpəz” bundan əvvəl Elmir Tağıyev, Nicat Süleymanov, Paulo Rojerio, Kərim Lkoçanı transfer edib.
