“Kəpəz”dən ayrıldı, bu kluba keçdi
04.02.2025 , 16:58

“Kəpəz”dən ayrılan Redon Mihananın yeni ünvanı məlum olub.
Korner.az xəbər verir ki, albaniyalı yarımmüdafiəçi karyerasını Maltada davam etdirəcək.
25 yaşlı futbolçu sözügedən ölkənin “Hamrun Spartans” klubuna keçib.
Mihana ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
