“Kəpəz”dən ayrılan futbolçunun yeni klubu
24.06.2025 , 15:21

Bu yay “Kəpəz”dən ayrılan Trent Buhagiarın yeni klubu müəyyənləşib.
Korner.az xəbər verir ki, 27 yaşlı hücumçu Sinqapurun “Tampins Rovers” klubunda çıxış edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Oyunçu ilə 1 illik müqavilə imzalandığı açıqlanıb.
