“Kəpəz”dən açıqlama: “Yazılanlar doğru deyil”
03.02.2026 , 21:11
Bu gün “Kəpəz”in düşərgəsində xoşagəlməz hadisə baş verdiyi ilə bağlı xəbər yaymışdıq.
Klubdan Korner.az-a bildirilib ki, bu məlumat həqiqəti əks etdirmir.
Klubun mövqeyini də diqqətinizə çatdırırıq:
”Bu məlumat həqiqəti əks etdirmir. Klub daxilində belə bir şey baş verməyib. Adıçəkilən şəxslər işlərində məsuliyyətli adamlardı. Səbinə xanımın hazırkı vəzifəsi klub meneceridi. Nicat bəy isə klubumuzun mühafizə xidmətinin rəisidi. Hər ikisi işinin peşəkarıdı. Ona görə də, yazılanlar yalandan başqa bir şey deyil”.