“Kəpəz”dən 2-ci transfer
21.06.2022 , 12:07

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Kəpəz” daha bir futbolçunu heyətinə cəlb edib.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “sarı-göylər” Elvin Yunuszadəni sıralarına qatıb. Müdafiəçi ilə bir illik müqavilə bağlanıb.
Qeyd edək ki, “Kəpəz” bundan əvvəl Tural Axundovu transfer edib.
